Belçikalı naziri oğurlamağa cəhddə şübhəli bilinən dördüncü şəxs həbs edilib

Dünya

Niderlandda Belçika baş nazirinin müavini və ədliyyə naziri Vinsent Van Kvikenbornun qaçırılmasına hazırlıqla bağlı dördüncü şübhəli şəxs saxlanılıb.

Bu barədə prokurorluq məlumat verib.

Saxlanılan şəxs 21 yaşlı Niderland vətəndaşıdır. Digər üç nəfər də cümə günü Niderlandda saxlanılıb.

Prokurorluq məmurun ciddi təhlükə altında olduğunu və bu səbəbdən də onun mühafizəsinin gücləndirildiyini təsdiqləyib. Lakin təfərrüat açıqlanmayıb.

Ötən həftə nazirin Kortreykdəki evinin yaxınlığında Niderland nömrəli avtomobil və içində silah tapılıb.

Anonim mənbələrdən alınan məlumata görə, təhlükə narkotik mühitindən gəlir və nazirin qaçırılması planları mövcuddur. Belçikanın liman şəhəri Antverpen kokainin Avropaya gətirildiyi əsas “qapı”lardan biri hesab olunur.

Mənbə: Yevropeyskaya pravda

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir