Bəzi gəmilərin taxıl dəhlizindən sapması qeydə alınıb

Dünya

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukraynadan taxıl ixracını həyata keçirən gəmilərin təhlükəsiz marşrutlardan kənara çıxması hallarını qeydə alıb.

Bu barədə Mərkəzin bazar ertəsi yayılan hesabatında deyilir.

Bildirilib ki, avqustun 1-dən 122 gəminin Ukrayna limanlarından, 144 gəminin isə Ukrayna limanlarına təhlükəsiz keçidi təmin edilib.

Mərkəz üzərinə düşən vəzifəyə uyğun olaraq Ukraynaya gedən və bu ölkədən gələn gəmilərin hərəkətini diqqətlə izləyib. Bəzi hallarda Qara dənizdə humanitar dəhlizdən kənarlaşma halları qeydə alınıb. Mərkəz kapitanlarla əlaqə saxlayıb və onlara koordinatlara əməl olunmasının zəruriliyini bildirib. Bəzi hallarda isə təkrar xətdən yayınma halları qeydə alınıb.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir