Azər Qocayev doğum günün mübarək

Baş səhifə

Bugün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin doğum günüdür.
Qocayev Azər Bəhlul oğlu – 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.
2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb.
2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.
2017-2018-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin, 2018-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
2019-2020-ci illər ərzində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. 2 övladı var.

102info.az-n baş redaktoru olaraq öz adımdan və bütün kollektivimiz adından Azər müəllimi təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir