Azərbaycan BMT qətnamələrini özü təkbaşına icra edib MÜSAHİBƏ

Siyasət

Anar Xəlilov: “Bu cür erməni həyasızlığı hələ heç quldarlıq quruluşunda da olmayıb”

Müsahibimiz Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai şuranın sədri Anar Xəlilovdur

– Anar müəllim, Paşinyan BMT Baş Assambleyasında təxribat xarakterli çıxışlar edib. Bu təxribatlarla nə demək istəyir?

– Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı Azərbaycana qarşı etdiyi çıxışları dünyada özünə hörmət edən heç bir siyasi-ictimai mənsubiyyəti olan şəxs normal qəbul edə bilməz. Bu adam dərk etmək istəmir ki, bu gün bütün dünyada mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistan 30 ilə qədər işğalçı olaraq Azərbaycan torpaqlarını qanunsuz işğalda saxlayıb. Qəbul edilmiş BMT qətnamələrinin olmasına baxmayaraq beynəlxalq hüquq normalarına məhəl qoymayaraq Azərbaycan torpaqları işğalda saxlanılıb, şəhər və kəndlərimiz dağıdılaraq yer üzündən silinib. Azərbaycan dünyanın apardığı ikili standartların mövcudluğunu nəzərə alaraq BMT qətnamələrini özü təkbaşına icra edib. 44 günlük müharibə nəticəsində öz ərazilərini işğaldan azad edib. Heç bir beynəlxalq yardım almayıb. Yalnız qardaş Türkiyə və Pakistan dövlətlərindən mənəvi-siyasi dəstək alıb. Paşinyanın ağlı işğal dönəmindəki havadarlarının dəstəyinə gedib. Amma bu adam dərk etmək istəmir ki, dünya dəyişib. Məhz bu gün, dünyada gedən mübarizələr fonunda beynəlxalq aləm daha ədalətli olmağı düşünür. Kimliyindən asılı olmayaraq ədalətsiz mövqelərin yanında olmaqdan çəkinirlər. Paşinyan bunu dərk edib özü nəticə çıxarmalı 10 noyabr Aktının tələblərinə riayət etməlidir. Yoxsa boş-boş erməni hay-küyü ona kömək etməyəcək və heç kimi buna inandırmağa nail olmayacaqdır.

– Paşinyan iddia edir ki, Azərbaycan sülh istəyirsə Ermənistanın ərazisini tanıdığını bəyan etsin. Bununla bu nə demək istəyir?

– Paşinyan BMT tribunasından həyasızcasına deyir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanısın sülh müqaviləsi imzalansın. Doğrudan da normal insan, özünə hörmət edən siyasətçi bu sözü işlətməz. Utanar, ən azı çıxış etdiyi tribunadan ar edər. 30 il torpaqları işğalda saxla, müharibə ilə onu azad edib səni acı məğlubiyyətə uğradan, ordunu məhv edən ölkəyə ərazi bütövlüyümü tanı iddiası ilə ittiham irəli sür. Dünya siyasətində bu cür erməni həyasızlığı hələ heç quldarlıq quruluşunda da olmayıb. Bu adam normal siyasətçi olsa heç olmasa bilərdi ki, Ermənistan deyilən ölkə çar Rusiyasının hesabına bolşeviklərin hədiyyəsi ilə tarixi Azərbaycan torpaqlarında yaradılan əldəqayırma bir dövlətdir.

– Paşinyan həm də iddia edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Necə hesab edirsiniz, tanıdığı halda Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan edəcəkmi?

– Ermənistan məğlub tərəf olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa məhkumdur. Sadəcə, bu gün xarici havadarları bunu etməyə onlara imkan vermir. Buna görə də sərhəddə erməni təxribatları ara vermir. Eyni zamanda, Paşinyan nala mıxa vurmaqla məşğuldur. Bu adam səhər bir söz deyir, axşam gizlənib sosial şəbəkələrdə başqa dil çağırır. Tam idarə olunan, əldəqayırma bir siyasətçi olduğunu hər gün təsdiq edir. Paşinyan 10 noyabr aktını imzalamaqla Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiq edib. Sadəcə, qalıb məsələnin siyasi və hüquqi tərəfi ki, rəsmi surətdə bunu bəyan etsinlər. Ayrı yolları da yoxdur, bunu gec və ya tez edəcəklər. Nə qədər tez etsələr, bu, erməni xalqının xeyrinədir. Əks halda daha da ağır vəziyyətdə qalacaqlar. Azərbaycanın tarixi haqqı çatan əraziləri daha böyükdür, amma bugünkü dünyanın hüquq müstəvisində tanıdığı ərazisi birdir ki, oraya Qarabağ mübahisəsiz daxildir. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə elə Paşinyanın çıxış etdiyi BMT-nin tanıdığı ərazilər daxilində tanınmalıdır. Cənab Prezident demişkən: “Bu, müzakirə mövzusu deyildir”. Mən belə hesab edirəm ki, bu gün müzakirə mövzusu Qərbi Zəngəzurdur artıq… Paşinyan bizim ərazimizi tanımaq istəmirsə, öz problemidir. Tanıyana qədər haqqımız tam çatır ki, İrəvana qədər gedək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir