Arye Qut vəfat edib

Dünya

İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut vəfat edib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib. 

Onun sözlərinə görə, o, uzun müddət sürən xəstəlikdən sonra vəfat edib.

İsrailin Azərbaycandakı səfirliyinin mətbuat katibi Lalə İsgəndərova Oxu.Az-a bildirib ki, A.Qut xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.

A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.

O, Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir.

Arye Qut həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktoru idi.

Sayad Həsənli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir