Antinarkotik təbliğatı çərçivəsində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyi

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı 2 və 8 nömrəli tam orta məktəblərdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda şagirdlərlə görüşlər keçirilib.
Çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Lənkəran rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev və digərləri narkomaniya bəlasının ağır nəticələri barədə ətraflı məlumatlar verib, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

www.102info.az

Spread the love

1 thought on “Antinarkotik təbliğatı çərçivəsində tədbirlər davam etdirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir