ANAMA: Azad olunan ərazilərdə daha 190 mina aşkarlanıb

Cəmiyyət

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 46 piyada əleyhinə mina, 144 tank əleyhinə mina və 267 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 457 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir