Ağcabədi RPŞ-nin əməkdaşları şəhid çavuş Elsevər Piriyevin ailəsini və məzarını ziyarət ediblər

Daxili İşlər Nazirliyi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunların hərbi qulluqçusu, çavuş Elsevər Piriyevin ailəsini və məzarını ziyarət ediblər.

Əvvəlcə şəhidin rayonun Arazbar kəndində yaşayan ailəsi ziyarət olunub. Polis əməkdaşları şəhidin ailə üzvlərini dinləyiblər, onların qayğıları ilə maraqlanıblar. Daha sonra şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ordumuzun şanlı qələbəsindən bəhs olunub, şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışılıb. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və heç bir zaman unudulmayacağı qeyd olunub.
Qeyd edək ki, Elsevər Piriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlari ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir