44 günlük Vətən Müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun il mərasimi keçirilib

Qəhraman vətən oğlulları

Samux rayon Qarayeri qəsəbə qəbristanlığında dəfn olunmuş şəhid Bəylərov Seymur Səlyəddin oğlunun məzarı və ailəsi ziyarət olundu.
Mərasimdə Şəhidimizin ailə üzvləri, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlar, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin atası Səlyəddin Bəylərov onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlu 24 iyun 1996-cı ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. 2003-cü ildə Samux rayonu Qarayeri qəsəbə tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə Naxçıvan MR-in N saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 28 sentyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 28 oktyabr 2020-ci ildə Samux rayon Qarayeri qəsəbəsində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Allahdan bütün şəhidlərə rəhmət diləyirik.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir