Vətəndaşların nəzərinə!

Daxili İşlər Nazirliyi secilmis

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 25-də Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 24.08.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir