Sabah 39 dərəcə isti olacaq

Cəmiyyət

Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 33-38 dərəcə isti olacaq. Bakıda gecə 20-22, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65%, gündüz 25-30% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir