Millət vəkili Jalə Əhmədova

Baş səhifə

Əhmədova Jalə Fərhad qızı, 1981-ci ildə aprel ayının 23-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhərində 158 saylı orta məktəbi bitirib. Jalə xanım ilk təhsilini Azərbaycan Beynəlxalq Universitetində almışdır. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirərək, ikinci ali təhsil almışdır. Hal-hazırda isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsində təhsilini davam etdirir.
Jalə Əhmədova “Alyans Konsaltinq” MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifələrində çalışıb.
Vinq Çun döyüş sənəti federasiyasının təsisçisidir. Federasiyanın yaranmasında və inkişafında, bu idman növünün tanınmasında, gənclərin sağlam həyat tərzinə üstünlük verməsində böyük dəstəyi olmuşdur.
Parlamentin Gənclər və idman və İnsan hüquqları komitələrinin üzvüdür.
Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidentidir.
Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikasında 2020-ci il fevral ayının 9-da keçirilən parlament seçkilərində 59 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Əhmədova Jalə Fərhad qızı həmin dairə üzrə, ən yüksək səs çoxluğu ilə Salyan rayonun deputatı seçilmişdir. Hal-hazırda Salyan rayonu üzrə, Milli Məclisi VI çağırış deputatıdır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir