Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişdi – FOTO

Dünya

Əfqan əsilli məşhur yazıçı Xalid Hüseyninin oğlu Harris Hüseyni cinsiyyətini dəyişib.

Yazıçı bu barədə “Facebook” hesabında yazaraq bildirib ki, bir ata kimi onunla indiyə qədər fəxr etməyib:

“Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm.

Qızımı sevirəm. Ailəmiz kimi hər addımda onun yanında olacağam. Biz onun arxasında dayanırıq. Onun dünyaya gözəl, müdrik və parlaq qadın kimi daxil olmasını izləmək fərqli bir şeydir. Allah onu qorusun”.

Xalid Hüseyni “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, “Dəniz duası” kimi məşhur əsərlərin müəllifidir. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir