Xəzər dənizində FACİƏ: Qayıq sürən 15 yaşlı oğlan öldü

Cəmiyyət

Xəzər dənizində faciə yaşanıb.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.

Yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.

Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir