Uşaqlarınız hər yediyini qaytarır? – Həkimdən HƏYƏCAN TƏBİLİ + FOTO

Cəmiyyət

“Mövsüm ilə əlaqədar olaraq bəzi infeksion xəstəliklər baş qaldırıb və uşaqlarda buna daha çox rast gəlirik. Xüsusilə mədə-bağırsaq infeksiyaları çoxluq təşkil edir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin “Instagram” səhifəsindən sualları cavablandırarkən deyib.

O bildirib ki, sözügedən infeksion xəstəliklər arasında rotavirus üstünlük təşkil edir:

“Xəstəliyin əsas simptomları qızdırma, qusma, ishal kimi müşahidə edilir. Bu xəstəlik adenovirusa nisbətdə daha aqressivdir. Uşaqlar nə yeyirsə, qaytarır. Adenovirusda isə qızdırma nisbətən daha aşağı olur. Bu virusa xas olan xüsusiyyətlərdən biri də ishaldır”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir