Şri-Lankanın keçmiş prezidenti Rajapaksa xarici ölkədən sığınacaq aldı – VİDEO

Dünya

Şri-Lankanın keçmiş prezidenti Qotabaya Rajapaksa iyulun 13-ü axşam Maldiv adalarından Sinqapura uçacaq və orada siyasi sığınacaq alacaq.

Bu barədə Respublika TV mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, sabiq dövlət başçısı Sinqapura cümə axşamı yerli vaxtla saat 07:05-də gələcək.

O da məlum olub ki, Rajapaksa Baş nazir Ranil Vikramasinqhi ölkə prezidentinin səlahiyyətlərini icra edən təyin edib və bu barədə parlamentin spikeri Mahinda Yap Abeivardenə məlumat verib. Spiker öz növbəsində dövlət başçısının ona prezidentin səlahiyyətlərini icra edən baş nazirin təyinatı barədə məlumat verdiyini, onun özünün isə “ölkədən uzaqda” olduğunu qeyd edib.

Bundan sonra Şri-Lankada etirazçılar Baş nazir Ranil Vikramasinqhin Kolombodakı ofisinə soxulublar. Etirazçılar hökumət başçısının istefasını tələb edib, daha sonra binaya daxil olmağa cəhd ediblər. Təxminən saat 14 radələrində iqamətgahın qüllələrinə dövlət bayraqları asılıb, insanlar qüllələrə qalxıblar.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir