Quba rayonunda Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilmişdir

Daxili İşlər Nazirliyi

2 iyul 2022-ci il tarixdə Quba rayonunda Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan parkdakı abidəsini ziyarət edərək Ümummilli Liderimizin abidəsinin önünə gül dəstələri qoymuş, daha sonra isə tədbir Quba Rayon Polis Şöbəsində davam etmişdir.
Tədbirdə xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Quba Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir