Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olundu – VİDEO

Cəmiyyət

Narkotik vasitənin təsiri altında soyuducu sistemi olmayan avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat yayıb.

Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtomobil idarə edən Mürvət Orucovun qanunazid əməllərinin qarşısı alınıb.

Belə ki, 11 iyul 2022-ci il tarixdə “Ford” markalı, 77-FB-235 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında stasionar postda saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Orucovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Bununla yanaşı, nəqliyyat vasitənin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, antisanitar qaydada və digər qeyri-qida məhsulları ilə bir yerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.

M.Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir