Meksika narkokarteli qurbanlarının ailələrinə 1,5 milyard dollar ödəyəcək

Dünya

Şimali Dakota (ABŞ) məhkəməsi Mormon icmasından olan 3 qadın və 6 uşağın vəhşicəsinə öldürülməsində ittiham olunan Meksika narkokartelinin qurbanlarının ailələrinə 1,5 milyard dollar təzminat ödəməsi barədə hökm verib.

Hadisə 2019-cu ilin noyabrında Meksikada yaşanıb.

Yaraqlılardan ibarət dəstə qadın və uşaqların hərəkət etdiyi avtomobilləri atəşə tutub, sonra isə yandırıb. Maşınlarda qadınlar və uşaqlardan başqa iki uşaq atası da olub. Onlar qaça biliblər. Qurbanların ailə üzvləri, o cümlədən sağ qalan iki kişi Şimali Dakotada yaşayır və neft sənayesində işləyirlər.

Həlak olanların ailələrinin sözlərinə görə, hücum ictimai tənqidlərə və insanların kartelə etirazına görə qisas xarakteri daşıyıb.

Hadisədən sonra Meksika rəsmiləri 17 şübhəlini həbs edib. Onlardan birinin amansız hücumun təşkilatçısı olduğu sübuta yetirilib. Qurbanların ailə üzvləri onu yaxınlarının ölümündə günahlandıraraq Xuares kartelinə qarşı iddia qaldırıblar.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir