Kəlbəcər sakinləri ilə görüş keçirildi

Baş səhifə

Azərbaycan Respublikası Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri Gəncə şəhər 76 saylı hərbi şəhərcikdə məskunlaşan, Kəlbəcər rayon sakinləri ilə görüş keçiriblər.
Görüşdə Millət vəkili Aqil Məmmədov ilk öncə İşğaldan azad olunmuş Zəngilan rayonunun, Ağalı kənd sakinlərini yenidən abad kəndlərinə köçmələri münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, möhtərəm prezidentin rəhbərliyi ilə digər işğaldan azad edilmiş ərazilərə o, cümlədən Kəlbəcərə də qayıdış təmin ediləcək.
Bu ilin 26 İyun tarixində Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfər zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda İsti su sanotoriyasının, su istehsalı zavodunun təməlini qoyması Böyüq Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində önəmli hadisədir. Həmçinin bölgəyə daha rahat çatmaq və turizm zonası olaraq bu ərazilərin inkişaf etdirilməsi üçün Laçın rayonunda inşa edilən yeni hava limanı bu istiqamətdə böyük rol oynayacaqdır. Bu Zəfər sevincini bizlərə yaşadan müharibə veteranları, şəhid ailələri, qazilər dövlətin daim diqqət mərkəzindədir: “Bu işlər kortəbii şəkildə deyil, proqram halında həll edilir. Yəni, kiminsə dövlətin yaratdığı imkanlardan, imtiyazlardan kənarda qalması mümkünsüzdür.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ali Baş Komdan İlham Əliyevin rəhbərliyi altında və dəmir yumruğu ətrafında birləşən cəsur ordumuz və qəhrəman xalqımız 44 gün ərzində düşmənin belini qıraraq onları doğma torpaqlarımızdan qovub çıxardı.
19 İyul 2022-ci il tarixində bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları möhtəşəm Qələbənin nəticəsinə, Zəngilan rayonunun Ağalı kənd sakinlərinin öz doğma kəndlərinə – ağıllı Ağalı Kəndinə köçürülməsinə şahidlik etdi.
İnsallah, ən yaxın günlərdə doğma Kəlbəcərimizə qayıdışı belə bayram edəçəyik. Prezident İlham Əliyevin Kəlbəcər-Laçın rayonlarına səfəri 30 ilə yaxın müddətdə işğal altında qalmış və erməni vandalizmi nəticəsində xarabazarlığa çevrilmiş bu rayonlara yeni həyatın qayıtması, azad olunmuş şəhərlərdə təbii şəraitin və mövcud relyefin çətinliyinə baxmayaraq həyata keçiriləçək infrastruktur layihələrini uğurla icra edilir.
Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdıqları məsələlər ilə bağlı aidiyatı üzrə tapşırıqlar verilib.
Kəlbəcər sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva və Birinci Vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir