İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir

Siyasət

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.

Qeyd olunur ki, səfər Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək.

Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada baş verən son hadisələrin müzakirə olunacağı gözlənilir.

Mənbə: Mehr

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir