Hindistanda güclü yağışlar həyatı iflic etdi: 18 ölü

Dünya

Hindistanın cənub-qərbində güclü leysan nəticəsində ölkənin müxtəlif ştatlarında azı 18 nəfər ölüb.

Güclü yağış Telanqana, Qucarat, Maharaştra və Madhya Pradeş ştatlarında həyatı alt-üst edib. Daşqınlar Karnataka ştatında da qeydə alınıb. Şiddətli yağışlar səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşmələrinin davam etdiyi Assamın şərqində vəziyyət çətin olaraq qalır.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Çərşənbə axşamı musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib. Meteoroloqlar növbəti gün də çox yağış yağacağını proqnozlaşdırırlar.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir