Goranboy polisi 2022-ci ilin birinci yarısını uğurlu xidmət göstərciləri ilə başa vurub

Daxili İşlər Nazirliyi

Goranboy polisi 2022-ci ilin birinci yarısını uğurlu xidmət göstərciləri ilə başa vurub
Azərbaycanda dövlətçiliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Goranboy rayon Polis Şöbəsi şəxsi heyətinin böyük xidməti var. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy rayon Polis Şöbəsinə rəis təyin olunan polis polkovniki Ramin Qədirovun rəhbərliyi altında RPŞ-nin şəxsi heyəti bu gün rayonda cinayətkarlıqla mübarizədə, ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görməkdədir.
Goranboyda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılır, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilir, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilir. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub. Oğurluq halları demək olar ki, yox dərəcəsindədir. Bu gün Goranboy sakinləri polisin onların əmlakını qoruyacağına əmindirlər.
Rayonda dələduzluğun qarşısının alınması və gənclərin narkotik maddələrdən cəkindirilməsi, həmcinin rayon gənclərin yüksək təlim tərbiyyədə formalaşmasında Goranboy polisi böyük səylə əmək sərf edir. Rayon Polis Şöbəsində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır. Goranboyda vətəndaşlar polisə daha çox arxalanır, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Goranboyda iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır.
Ramin Qədirovun öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışır. O, xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol vermir. Daim nəzərə alır ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Ramin Qədirov daxili işlər orqanlarında bütün xidmət dövründə icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edib, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməyib. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır. Təsadüfi deyildir ki, həmsöhbət olduğumuz, polisin fəaliyyəti ilə bağlı nə düşündüklərini soruşduğumuz goranboylular Rayon Polis Şöbəsinin işindən razılıqlarını bildirir və cənab nazir Vilayət Eyvazova Ramin Qədirov kimi layiqli, peşəkar bir kadrı Goranboy RPŞ-nə rəis təyin etdiyi üçün minnətdarlıqlarını ifadə edirlər.
Goranboy RPŞ-nin bütün bölmələri kimi, Dövlət Yol Polisi Bölməsi də təcrübəli polis zabiti polis mayoru Müşviq Əliyevin rəhbərliyi altında rayon ərazisində yol hərəkəti qaydalarına nəzarəti yüksək səviyyədə təşkil edib. Cinayətkarlıqla mübarizə, ictimai asayişin pozulması hallarının qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmini işində ayıq-sayıq olan Goranboy ŞRPŞ –nin DYP Bölməsi 2022-ci ilin birinci yarısı ərzində uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə tədbirlər təşkil etmiş, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirmiş, sürücülərə, keçirilən tədbirlərin ekoloji duruma müsbət təsiri barədə ətraflı məlumat verilmişdir.
İnanırıq ki, qüvvədə olan qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən Goranboy RPŞ-nin şəxsi heyəti yeni 2022-ci ilin ikinci yarısında da şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.

Tural Kəlbəcərli 102info.az və 102-ci qəzetin baş redaktoru “Qızıl qələm”ali mükafatı laureatı Azərbaycan jurnalistlər birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir