Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub, xəsarət alanlar var

Cəmiyyət

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə at arabası toqquşub.

Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.

Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir