“Bugatti”nin eksklüziv modeli fantastik qiymətə satışa çıxarılıb – FOTO

Dünya

Ötən ay “Bugatti” üç il əvvəl təqdim edilmiş “Centodieci” hiperkarının ilk nüsxəsini nümayiş etdirib.

Bu, fransız brendinin tirajı cəmi 10 nüsxə olan ən eksklüziv avtomobillərindən biridir.

Əksər alıcılar, o cümlədən futbolçu Kristianu Ronaldu yeni modelin yolunu gözləsələr də, bəzi sifarişçilər avtomobili əldə etməzdən öncə artıq onu satışa çıxarıblar.

Artıq 10 avtomobildən ikisinin sifarişçisi ondan imtina edib və “Centodieci” istehsalçının qiymətindən 5 milyon avro baha – 13 milyon dollara satışa çıxarıb.

Qeyd edək ki, “Bugatti” təklif olunan eksklüziv avtomobili 2023-cü il yanvarın 15-dən gec olmayaraq təhvil verəcək.

Mənbə: motor.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir