Bayden ABŞ-ın Çinə qarşı sanksiyalar rejimini daha bir il uzatdı

Dünya

ABŞ Prezidenti Co Bayden Honkonqdakı vəziyyətlə əlaqədar ABŞ-ın Çinə qarşı sanksiyalar rejimini daha bir il uzadıb.

“Honkonqdakı vəziyyət, o cümlədən Çinin Honkonqun muxtariyyətini pozmağa yönəlmiş son hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmağa davam edir. Bu səbəbdən, 14 iyul 2020-ci ildə elan edilmiş milli fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra davam etməlidir. Honkonqdakı vəziyyətə görə milli fövqəladə rejimi bir il müddətinə uzadıram”, – deyə Ağ Evin yaydığı bəyanatda qeyd edilir.

2020-ci ilin yayında Çin Parlamenti Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib. Pekində qeyd edildiyi kimi, o, terrorizm, separatizm, dövlət hakimiyyətinə zərbə vurmaq, xarici qüvvələrlə sövdələşmə təhlükələrinə qarşı mübarizə məqsədi daşıyır və maksimum cəza kimi ömürlük həbsi nəzərdə tutur. Ağ Ev bu qanunvericilik təşəbbüsünü Honkonqun “muxtariyyətinin pozulması” kimi qəbul edib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir