“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı

Dünya

Ukrayna ilə Rusiya arasında cəsədlərin mübadiləsi baş tutub.

Proses çərçivəsində 400-dən çox hərbçinin cəsədi Ukraynaya qaytarılıb.

Onların böyük əksəriyyəti “Azovstal”da həlak olmuş müdafiəçilərin cəsədləridir.

Məlumata görə, onların demək olar ki, hamısının kimliyi artıq müəyyən edilib. Belə ki, döyüşçülərin qohumları həlak olanların DNT nümunələrini müvafiq orqanlara təhvil veriblər.

Lakin meyitlərdən bir çoxu sənədsiz təhvil verildiyindən, onların kimliyi hələ ki, məlum deyil.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir