Azərbaycanın uğurları xalqımızın qürur mənbəyidir

Siyasət

Bir neçə gün əvvəl-iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə keçirilmiş görüşdə çıxış edən Ölkə Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin qeyd etdiyi məsələlər bir daha onu göstərdi ki, Azərbaycan müstəqil şəkildə daxili və xarici siyasət həyata keçirir,istər Qafqaz ölkələri,istərsə də digər dövlətlər regionda hər hansısa bir layihəni icra etmək istəyirsə mərkəz və qüdrətli dövlət olan Azərbaycanın mövqeyi ilə razılaşmalıdır. Cənab Prezidentin sözləri ilə desək: Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Dövlətimizin başçısının qeyd etdiyi əsas məsələlərdən biri də Azərbaycanın Vətən müharibəsindəki əldə etdiyi möhtəşəm Qələbədən sonra regionda baş verən dəyişikliklər və Azərbaycanın tələblərinə uyğun olaraq reallığa çevrilən məsələlər haqqında idi. Azərbaycan Vətən müharibəsində böyük Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.
Zəngəzur dəhlizi artıq reallığa çevrilir.Məhz bu sözlər onu göstərir ki, Azərbaycan Zəfər qazanaraq, hüququ, tarixi ədaləti bərpa etdi və bütün dünya həqiqəti birmənalı olaraq qəbul etməlidir. Qürur hissi ilə söyləmək olar ki, Doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti ölkəmizdəki sabitlliyi və xalqımızın xoşbəxt gələcəyini təmin edir.

Gülnar Cəfərova
YAP Yevlax rayon təşkilatının fəalı,
Balçılı kənd tam orta məktəbin müəllimi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir