Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış,ölkə sürətli inkişaf yoluna qədəm qoymuşdur.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin rəhbərliyi ilə günü-gündən çiçəklənən Azərbaycan bu gün ən inkişaf etmiş ölkələr sirasında yer alaraq,beynəlxalq arenada söz sahibidir və bir çox beynəlxalq tədbirlərə(Qoşulmama hərəkatını xüsusi vurğulamaq yerinə düşər) ev sahibliyi edir.Bu güclü və dayanıqlı inkişafın nəticəsi idi ki,Azərbaycan öz gücünü bütün dünyaya bəyan edərək 30 ildən artıq işğal altında olan torpaqlarını azad etdi, işğalçı Ermənistanı kapituliyasiya aktına imza atmağa vadar etdi.Əlbətdə ki,bunun hamısı düzgün siyasətin,düzgün inkişafın və qüdrətli gücün sayəsində oldu.Bu düzgün inkişafın,siyasətin nəticəsidir ki,Azərbaycan əksər dövlətlərin və beynəlxalq təşkilatların rəğbətini qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi ölkəmiz Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq aparmış,bir çox tədbirlərə ev sahibliyi etmiş və qonşu ölkələrlə əlaqələrimiz hər zaman əsas prioritet məsələlərdən biri olmuşdur.Müşavirədə cənab Prezident İlham Əliyevin toxunduğu əsas məqamlardan biri də bu ilin altı ayında Azərbaycan-Ermənistan arasında olan əlaqələr ilə bağlı idi.Cənab Prezident çıxış edərkən bildirdi ki, bu əlaqələrin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da,əfsuslar olsun ki,real nəticələr yoxdur.Baxmayaraq ki,Vətən müharibəsindən 1 il 8 ay ötüb,ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhtəliklərini yerinə yetirmir.Əgər müsbət məqamlardan söhbət açsaq,sadəcə olaraq deyə bilərəm ki,delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir.Biz bunu müsbət addım kimi qiymətləndiririk.Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir.Digər müsbət halda ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib,Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib.
Vətən müharibəsində Azərbaycanın gücünü,qüdrətini görən Ermənistan yaxşı anlayır ki,Azərbaycanın iqtisadi və hərbi gücü onlarla müqayisə olunacaq səviyyədə deyil.Hər birimiz yaxşı bilirik ki,Azərbaycan dövləti ərazi bütövlüyünü və xalqın təhlükəsizliyini hər zaman qorumaq iqtidarındadır.Yaxşı olar ki, məğlub ölkə səsləndirdiyi sərsəm fikirlər yerinə,real həqiqətlərlə razılaşsın.
Həqiqət Məmişova
84 saylı tam orta məktəbin drektoru, YAP üzvü
Şəhid bacısı
www.102info.az
