Almaniya Rusiya neftindən imtina edəcəyi tarixi açıqlayıb

Dünya

Almaniya avqustun 1-dən etibarən Rusiya kömürünün alınmasını tamamilə dayandıracaq.

Bu barədə Almaniyanın maliyyə nazirinin müavini Yorq Kukis Avstraliyanın paytaxtı Sidneydə keçirilən mətbuat konfransında deyib.

Kukisin digər açıqlaması isə Rusiya nefti ilə əlaqədar olub.

Yorq Kukis bəyan edib ki, Almaniya dekabrın 31-dən etibarən Rusiya neftindən də imtina edəcək.

“Ölkəmiz indi qaz çatışmazlığını aradan qaldırmaq üçün alternativ qaz təchizatçıları axtaracaq”, – deyə Almaniyanın maliyyə nazirinin müavini vurğulayıb.

Mənbə: Reuters

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir