Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb.
Trend xəbər verir ki, səfərdə 10 ölkədən – Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 dünyaca tanınmış səyyah iştirak edir.
Bu gün Xocavənd rayonunda Azıx mağarasına baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək. Günün ikinci yarısı isə ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarına və Azərbaycan dövlətinin apardığı yenidənqurma işləri ilə tanışlıqla başa çatacaq.
Sabah isə Kəlbəcər və Laçın rayonlarına səfər nəzərdə tutulub.
www.102info.az