Vətən müharibəsi şəhidinin qardaşı bədbəxt hadisə nəticəsində öldü – FOTO

Cəmiyyət

Siyəzən rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Məhəmməd Rəfiyev evdə yemək yeyən zaman boğulmağa başlayıb.

Dərhal xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yeniyetmə Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində təhsil alıb. 

Qeyd edək ki, M.Rəfiyev Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşıdır.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir