Bu gün, saat təxminən 16:30 radələrində Şəkidə baş vermiş qəza ilə bağlı Şəki DYPB-dən verilən məlumata əsasən, hadisə Şəkidə Mustafa bəy istirahət mərkəzinə gedən dağlıq ərazidə baş verib.
Samux rayonundan məktəbliləri gəzintiyə aparan 20-AE-305 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü idarə etməni itirərək avtobusu dərəyə aşırmışdır.
Hadisə zamanı avtobusda sürücü ilə birlikdə, müəllim-valideyn və şagirdlərin sayi cəmi 23 nəfər olmuş, Şəki RMX-dan verilən ilkin məlumata əsasən cəmi 3 nəfər şagird ( biri bel nahiyəsinin qapali travmasi, biri sol çiyin qurşağının əziyi, biri isə sağ çiyinin qapalı travması olmaqla ) xəsarət almışdır.
Xoşbəxtlikdən hadisə zamanı ölən və ya ağır xəsarət alan olmayıb. Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
www.102info.az
