ŞƏKİ DÖVLƏT YOL POLİS BÖLMƏSİ MÜRACİƏT EDİR
Sürücülər Diqqətli Olun!

Daxili İşlər Nazirliyi

Bu gün, Şəki şəhəri, Giləhli küçəsi ərazisində, Mustafa bəy istirahət mərkəzinə gedən dağlıq yolda, “Digər təhlükələr” və “Təhlükəli döngələr” yol nişanları quraşdırılıb. Dövlət Yol Polis Bölməsindən verilən məlumata əsasən həmin yol nişanlarının quraşdırılmasında məqsəd, insanların həyat və sağlamlıqlarının qorunması məqsədilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsidir. Şəki Dövlət Yol Polisi sürüclərə müraciət edir ki, yol nişanlarının tələblərinə riayət etsinlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir