Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi

Cəmiyyət

Rusiyanın keçmiş dövlət katibi, Boris Yeltsinin silahdaşı Gennadi Burbulis 77 yaşında vəfat edib.

Bunu siyasətçinin qardaşı qızı Yuliya Burbulis təsdiq edib.

Yeltsin Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telenin sözlərinə görə, Burbulis Bakıda vəfat edib.

Qeyd edək ki, siyasətçi 1989-90-cı illərdə SSRİ xalq deputatı olub. 1991-1992-ci illərdə isə Burbulis dövlət katibi və Rusiya baş nazirinin birinci müavini vəzifələrində çalışıb.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir