Ötən ay kanalda batan 14 yaşlı oğlanın meyiti TAPILDI

Cəmiyyət

Mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 14 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 kilometr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir