Con Bolton: “Nüvə anlaşması yenidən canlansa, İran-İsrail müharibəsi ehtimalı artacaq” – FOTO

Dünya

ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton mediaya açıqlamasında deyib ki, Bayden hökuməti İranla nüvə razılaşmasına qayıdarsa, İsrail özü üçün təhlükə hiss edəcək və İranla İsrail arasında müharibə ehtimalı artacaq.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bolton onu da deyib ki, bölgədəki vəziyyət İran təhlükəsi ilə bağlı çox ciddi həddə çatıb, lakin mən qısa müddətdə Yaxın Şərqdə tammiqyaslı müharibənin olacağını düşünmürəm.

ABŞ-ın sabiq rəsmisi sonda qeyd edib ki, ölkəsi ilə İran arasında ciddi müharibə ehtimalı yoxdur. Onun fikrincə, ABŞ-la müharibə etmək İran üçün intihara bərabər olar.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir