“Təmiz Şəhər” ASC-nin bu yaxınlarda həyata keçirdiyi layihə çərçivəsində şəhərin müxtəlif ərazilərində istifadə edilmiş geyimlərin toplanılması üçün qutular yerləşdirilib. Bakıda belə qutuların sayı 200-ə yaxındır.
Oxu.Az-ın məlumatına görə, bu gün paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski 39 ünvanında yerləşən qutulardan sındırılıb.
Qutunun içərisində toplanan istifadə olunmuş geyimlər isə ətrafa dağıdılıb.
Həmin görüntüləri təqdim edirik:
www.102info.az
