Azərbaycanlı tələbələrin yaratdığı təşkilat Cenevrədə ölkəmizi tanıdır – FOTO

Cəmiyyət

Azərbaycanın müstəqilliyinin 104-cü ildönümü münasibətilə Cenevrə Universitetində müxtəlif ölkələrdən təhsil almağa gələn tələbələrə mədəniyyətimizi və mətbəximizi tanıtmaq məqsədilə tədbir keçirilib.

Tədbir Xaricdə Akademik Təhsil Alan Azərbaycanlılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Azərbaycanın zəngin mətbəxi və mədəniyyəti tələbələr arasında böyük maraq doğurub, tariximiz haqqında müsbət fikir formalaşdırıb. Əcnəbi tələbələr Azərbaycan mətbəxinin ləziz yeməklərini dadıb, kulinariya ənənələri barədə məlumatlandırılıblar.

Qeyd edək ki, sözügedən Assosiyasiya cari ilin aprel ayında Cenevrədə təhsil alan azərbaycanlı tələbələr Nərgiz Ocaqverdiyeva və Aynur Əsədli tərəfindən Daimi Nümayəndəlik və yerli diaspor üzvlərinin dəstəyi ilə qurulub.

Azərbaycan Respublikası Ali Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışan Nərgiz Ocaqverdiyeva Cenevrə Universitetində Avropa və beynəlxalq idarəçilik üzrə magistr pilləsində təhsil alır, eyni zamanda BMT-nin Cenevrə ofisində təcrübə qazanır. ADA Universitetinin bakalavr pilləsinin məzunu olan Aynur Əsədli isə hazırda Cenevrə Məzunlar İnstitutunda (Geneva Graduate Institute) beynəlxalq iqtisadiyyat sahəsi üzrə magistr təhsili alır, həmçinin Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (Union for International Cancer Control) adlı qeyri-hökumət təşkilatında baş icraçı direktorun köməkçisi vəzifəsində çalışır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir