Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? – AÇIQLAMA

Cəmiyyət

“Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb”.

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər:

“Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Düşünürük  ki, əhalinin gigiyenik qaydalara düzgün riayət etməsi bu virusun ölkəmizdə yayılmasının qarşısını ala biləcək”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir