Almaniya “zorakılığa meyilli əcnəbilər” axtarışında: Sərhəd nəzarəti tətbiq edildi

Dünya

Almaniya sərhədlərində müvəqqəti nəzarət tədbirləri tətbiq edilib. Bu addıma səbəb Bavariya federal əyalətindəki Elmau qəsrində iyunun 26-dan 28-dək keçiriləcək “Böyük yeddilik” (G7) ölkələrinin 48-ci sammiti ərəfəsində təhlükəsizliyin təmin olunmasıdır.

Polisin verdiyi açıqlamaya əsasən, nəzarət tədbirləri sammitin təhlükəsizliyini və G7-yə həsr olunmuş nümayişlərin dinc şəkildə keçirilməsini təmin etmək məqsədilə tətbiq olunub.

Ölkənin Daxili İşlər Nazirliyi zorakılığa meyilli əcnəbilərin Almaniyaya daxil olmasının qarşısını almağa çalışır. Yoxlamalar təkcə magistral yollarda deyil, həm də kənd yollarında, eləcə də qatarlarda aparılır.

“Səyahət edənlərdən sənədlərini hazır vəziyyətdə saxlamalarını xahiş edirik ki, sənədlərin ləngimədən, tez şəkildə yoxlanması mümkün olsun”, – deyə polisdən bildirilib.

Yoxlamaların iyulun 3-dək aparılması planlaşdırılır.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir