37 yaşlı kişinin meyiti tapıldı

Cəmiyyət

Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Abbasov Tural Sərdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir