Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var

Cəmiyyət

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.

102info.az-nın məlumatına görə, hadisə bu gün səhər saat 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini, 1980-ci il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.

Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri – Faldar kənd sakinləri, 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir. Ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir