Xaçmazda TIR piyadanı vurub öldürdü

Cəmiyyət

Xaçmaz rayonunda “TIR” piyadanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

Yük avtomobili Palçıqoba kənd sakini, 1995-ci il təvəllüdlü Muradov Şəmsəddin Çingiz oğlunu vurub.

Ş.Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir