Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nağı Paşayev təntənəli şəkildə təqaüdə yola

Cəmiyyət

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məslətçisi Paşayev Nağı Paşa oğlunun 65 yaşı olması səbəbilə təqaüdə yola salınması ilə əlaqədar olaraq görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nağı Paşayevə xidmətlərinə görə təşəkkürünü bildirib, ona gələcək həyatında uğurlar arzulayıb. Nağı Paşayev göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə edib.
Qeyd edək ki, Nağı Paşayev uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medlı ilə təltif edilib. Bu gün isə yubilyar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir