Ukrayna ABŞ-dan milyardlıq yardımın nəyə sərf ediləcəyini AÇIQLADI

Dünya

ABŞ Ukraynaya 33 milyard dollar məbləğində yardım edəcək.

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Andrey Sibiqa vəsaitin nəyə sərf olunacağını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın ayırdığı pul Ukraynanın ən çox ehtiyac duyduğu silah, texnika və avadanlıqların alınmasına sərf olunacaq.

Eyni zamanda, bütün satınalmalar Rusiya ordusuna ən effektiv müqavimət göstərmək üçün tələblərin prioritetinə uyğun olaraq həyata keçiriləcək.

Mənbə: RBC-Ukrayna

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir