“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər

Gündəm

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək.

Reanimasiya, intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək. Bundan əvvəl hər pasient üçün sözügedən şöbələrdə çalışan həkimlərə yalnız gecə növbəsi zamanı tibbi xidmət göstərilən zaman əlavə ödənilirdi

Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan millət vəkili, Milli Məclisin Səhiyyə və Sosial Siyasət komitələrinin üzvü İlham Məmmədov bildirdi ki, İcbari Tibbi Sığorta sosial müdafiənin mühüm elementidir:
“İcbari tibbi sığorta tibbi və dərman yardımını almaq üçün bərabər imkanları təmin edən, səhiyyə sahəsinin maliyyələşmə və idarəetməsinin təşkilati formasıdır.Respublikamızda “Tibbi sığorta haqqında” qanun hələ 1999-cu ildə qəbul olunub. Ölkəmizdə 2020-ci ilin yanvarın 1-də İcbari Tibbi Sığorta hər bir vətəndaşa şamil olunmalıydı, lakin dünyada pandemiyanın tətbiq edilməsi müəyyən ləngimələrə səbəb oldu. “Sığorta təbabəti” anlayışı üç əsrdən artıq müddət ərzində Avropada formalaşıb.   İcbari tibbi sığorta həmrəylik prinsipinə əsaslanır ki, bu da öz növbəsində vətəndaşlarımızın sağlamlığının qarantı deməkdir. İcbari tibbi sığortanın əsas məqsədi vətəndaşlarımızın tibbi xidmətlərə əlçatanlığının və tibbi yardımının keyfiyyətinin təmin edilməsidir. İcbari tibbi sığorta əhalinin sağlamlığının yaxşılaşmasına, qeyri- leqal işsizliyin və erkən əlilliyin qarşınının alınması istiqamətundə böyük dəyişiklik olmasına gətirib çıxarır. Bu da bilavasitə dövlətin maliyyə yükünün azaldılması deməkdir”,- deyən deputat səhiyyə işçilərin in maaşlarının artırılması barədə də fikir bildirib.
 
“Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Bu gün İcbari Tibbi Sığorta üzrə Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib,  agentliyin fəaliyyətinə dair cəmiyyətə hesabat verdi, eyni zamanda Tibbi Sığorta Agentliyi bununla öz hədəflərini elan eləmiş oldu. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, bu qaydaları təsdiq eləməklə İcbari Tibbi Sığorta hərtətərfli inkişafı  hədəf götürüb və gələcəkdə bizim insanlarımız bütün növ tibbi xidmətlərdən icbari sığorta çərçivəsində yararlana  biləcəklər. Məsələn, qardaş Türkiyədə artıq hətta xərçəng xəstəliyindən sonrakı kimya terapiyasını, diş implantlarının qoyulması xidmətləri sığorta çərçivəsində həllini tapır. Bu belə də olmalıdır. 2021-ci ildə biz İcbari Tibbi Sığortanın bütün ölkə  üzrə uğurla həyata keçirilməsinin şahidi olduq,  tibbi xiddmətlər bizim sosial siyasətimizn əsas qollarından biridir. 1 il qısa bir müddətdir. Bəzən obyektiv və subyektiv səbəblərlə nöqsanlar axtarırlar, amma nəzərə almalıyıq ki, bir çox dövlətlərin uzun illər təcrübələri olsa da, hələ də qüsurarı  qalır. Bəzi aparıcı dövlətlər var ki, onlar icbari tibbi sığortaya 10-15 il ərzində keçə bildilər. Prezident İlham Əliyevin siyasi iradəsi və diqqəti nəticəsində ölkəmizdə bu proses daha sürətlə və uğurla həyata keçirilir. 2022-ci ildə xidmətlərin əhatə dairəsi daha da artacaq. Biz analiz etsək, Zaur Əliyevin təqdim etdiyi statistik rəqmlərin bu qədər qısa müddətdə böyük uğurlardan xəbər verdiyini görərik. İcbari Tibbi Sığorta əhalinin sağlamlığının qorunmasına verilən ən böyük töhfələrdən biridir. Tibb işçilərinin əmək haqlarının artırılması əslində  veriləcək tibbi xidmətlərin daha keyfiyyətli olacağının anonsudur.  Hədəflər düzgün müəyyənləşdirilib və o hədəflərə doğru uğurla addımlayırıq. Əmək haqqının artırılması həkim əməyini stimullaşdıracaq və onların özünü inkişaf etdirməsinə səbəb verəcək. Bu tədbirlər əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin göstəricisidir. Tibbi xidməti alan tərəf qədər, xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən məmnun olmalıdırlar. Görülən tədbirlər tibb işçilərinin sosial rifahını yaxşılaşdıracaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin edəcək. İllik yığımlar artıqca göstərilən xidmətlərin keyfiyyəti və əhatə dairəsi də artırılacaq, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına da yenidən baxmaq mümkün olacaq. Bu addım təkcə tibb işçilərinin sosial müdafiəsinin artırılmasına yönəlməyib, onları stimullaşdırara,q xidmət verdikləri əhalinin də daha keyfiyyətli tibbi xidmət almasına səbəb olacaq. Biz növbəti illərdə İcbari Tibbi Sığorta  Xidmətlərinə müraciət edərkən daha çox məmnun qalacaq, daha çox sahələr  üzrə əhatə olunacağıq. Bu çox təqdirəlayiq haldır”,- deyə millət vəkili qeyd edib. 
Qaydalarda əksini tapmış dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir