Tələbə qız itkin düşdü, anası axtarır

Cəmiyyət

Azərbaycanda yeniyetmə qız itkin düşüb.

102info.az-ın məlumatına görə, 16 yaşlı Məmmədova Sarat Ruslan qızı mayın 28-i kirayədə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bununla bağlı yeniyetmənin anası M.Məmmədova polisə məlumat verib.

S.Məmmədovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, Sarat Məmmədova Bakı Sənaye-Pedaqoji Kollecinin 1-ci kurs tələbəsidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir