Sürücülərin NƏZƏRİNƏ: Yol polisi “Formula-1”lə bağlı müraciət etdi

Cəmiyyət

“Formula Azerbaijan Grand Prix 2022” yarışına hazırlıq dövrü keçirilir. Bununla əlaqədar tədbir keçiriləcək marşrut üzrə yollarda hərəkət istiqamətində zolaqların azalması, baryerlərin qoyulması süni sıxlıqların yaranmasına səbəb olur. Hərəkət iştirakçılarını səbirli, təmkinli olmağa çağırırıq”.

“102info.az”un xəbərin görə, bunu Bakı şəhər DYP-nin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib.

O, bu tədbirin dövlət əhəmiyyətli bir tədbir olduğunu nəzərə alaraq əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsində vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə və anlayışa görə bütün hərəkət iştirakçılarına, sürücülərə təşəkkür edib:

“Əlavə olaraq bildiririk ki, hazırda paytaxtın “Azneft” dairəsi, eləcə də Neftçilər prospekti boyunca qoyulan baryerlər bu istiqamətdə süni sıxlıq yaratdığından cənubdan hərəkətdə olan nəqliyyatın istiqamətinin dəyişdirilməsinə səbəb olur. Ona görə də bu istiqamətə doğru hərəkət edən sürücülərdən xahiş edirik ki, Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla hərəkət etsinlər”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir