Snoop Dogg builki konsertlərini ləğv etdi

Dünya

Snoop Dogg kimi tanınan amerikalı reper Kelvin Brodus 2022-ci ildə ABŞ hüdudlarından kənarda keçiriləcək bütün konsertlərini ləğv edib.

“Gözlənilməz planlaşdırma problemləri, o cümlədən ailə öhdəlikləri, həmçinin televiziya və film istehsalı səbəbindən Snoop Dogg 2022-ci ilin sonuna qədər planlaşdırılan bütün çıxışlarını ləğv etməkdən təəssüflənir”, – deyə sənətçinin sosial media hesabında bildirilib.

Qeyd edək ki, reperin çıxışları 2014-cü ildən bəri ilk olan “I Wanna Thank Me Tour” turunun bir hissəsi kimi keçirilməli idi. İfaçı bir sıra Avropa ölkələrinə – Böyük Britaniya, İrlandiya, Almaniya, Danimarka, Belçika, Fransa, Niderland və Finlandiyaya səfər etməyi planlaşdırırdı.

Mənbə: “RİA Novosti”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir